Logo

21 gün diyetasının qaydaları


21 gün qaydası pəhrizi tətbiq edərək arzuolunmaz davranışlarınızın qarşısını ala, ya da həyata keçirmək istədiklərinizə nail ola bilərsiz. Bəs, 21 gün qaydası nədir? Nə işə yarayır? Detallar Qadinla.com-un bu məqaləsində.

Arzuolunmaz bir davranışınız vərdiş halına gəlmişsə və bundan xilas olmaq istəyirsinizsə, ətrafınızdakı adamlardan eşitdiyiniz 21 gün qaydasını tətbiq etmək istəyə bilərsiz. Beynin yeni bir şeyi qəbul etməsi və ya olan bir şeyi unutması 21 günü aldığına görə bu qanunun elmi açıqlaması mövcuddur.

21 gün qaydası insanın yalnız bədənində deyil, psixoloji baxımdan da yaxşılaşmasını təmin edir. Bu vəziyyət pəhriz edərkən də keçərlidir. Əgər sizdə artıq kiloqramlardan yaxa qurtarmaq istəyirsinizsə ilk növbədə bunu beyninizə yaxşıca yerləşdirin. Şüur altına yerləşən zəifləmə istəyi ilə birlikdə pəhriz etməyə başlaya bilərsiz. İlk günlər sizi bir az çətin gəldiyinə görə bezib pəhrizi pozmaq istəyə bilərsiz.

Ancaq 21 gün qaydası ilə tərgitmək istədiyiniz qidadan yalnız 21 gün uzaq olmanız kifayətdir. Məsələn; Şəkər qəbul etməməklə 21 gün ərzində şəkər sərf etməyərək beyninizi resetleyebilirsiniz. 21 gündən sonra şəkər krizlərinin yox olduğunu fərq edəcəksiniz.