Logo

Üz təmizliyi zamanı bunları etmək olmaz


Üzü çox yumaq. Üz yumaq nə qədər yaxşı görünsə də, hər şeyin çoxu zərərlidir. Çünki üz dərsinin yağ qatı var, tez-tez üz yumaqla həmin səthi zədələyə bilərsiniz. Yağ balansı pozulan üz təhriş olunmağa başlayır.

Davamlı pilinq etmək. Üzdəki ölü dəriləri təmizləməyin ən yaxşı üsulu şübhəsiz ki, pilinqdir. Ancaq o da çox edildikdə üz dərsinə əks təsir göstərə bilir. Həftədə 1 dəfə pilinq kifayət edir.

İsti sudan istifadə etmək. İsti su dəridəki məsamələri açmır, əksinə daha pis hala gətirir. Üz dərisindəki yağ balansını alt-üst edir. Üz yuyarkən ilıq sudan istifadə edilməlidir.

Nəmləndirici kremi gec vurmaq. Bir çox qadın üz yuduqdan çox sonra nəmləndirici kremlərdən istifadə edir. Kremin dəriyə yaxşı nüfuz etməsi üçün nəmləndiricini tez vurmaq lazımdır.

Təmizliyə diqqət etməmək. Üz dərinizə maska pilinq edərkən tam təmizləndiyinə əmin olun.