Logo

Alimlərdən xəbərdarlıq - Qarpızı soyuq yemək ziyandır


Yay aylarında hər birimiz qarpızı soyuducuya qoyub sonra yeyirik.

İnce.Az ölkə.az-a istinadən bildirir ki, alimlər bunun səhv addım olduğunu qeyd ediblər.

Qarpızın tərkibində olan antioksidant otaq tempraturunda qəbul ediləndə təsirli olur. Qarpız yeyildikdən sonra orqanizmdəki təsirləri ilə ortaya çıxan nitrit turşusu əzələləri hərəkətə keçirir. Bu isə damarların genişlənməsini təmin edir. Qan təzyiqi aşağı düşür, qanın dövranı yaxşılaşır.

Qarpızın tərkibində B, C vitaminləri və beta karoten var. Bundan başqa isə antioksidant, likopen və iltihabı azaltma təsiri olan anti-inflamatuar maddələri də var.

Qarpızı soyuducuya qoyanda isə antioksidant  təsiri itir. Qarpızı çox yemək isə insanı kökəldə bilər.

Qarpızı çox yemək qanın tərkibindəki şəkərin miqdarını artıra bilər. Şəkər xəstələri bu səbəbdən qarpızı ət və tərəvəz yeməkləri ilə az miqdarda qəbul etməlidirlər.

Gün ərzində isə qarpızı pendirlə yox, fındıq və qozla qəbul etmək olar. Amma nəzərə almaq lazımdır ki, qarpız sidikqovucudur. Bu səbəbdən böyrək çatışmazlığı olan xəstələrə mənfi təsirləri ola bilər.