Logo

Ayaqlarınıza ev şəraitində təbii bitki yağları ilə qulluq


Ayaqlarınıza ev şəraitində bu təbii bitki yağları ilə qulluq edə bilərsiniz...

Çay ağacı yağı:  Ayaqda qoxu əmələ gətirən bakteriyaları yox edir. 

Mahud (çuha) çiçəyi yağı:  Ayaqda yağlanmanı aparır, cild toxumasını yapılandırır. 

Hindistan qozu yağı(kokos):  Ayaqda tərləməyə qarşı effektlidir.

Bibəriyə (rozmarin) yağı:  Qan dövranı pozuqluğu olan ayaqlarda effektlidir.

Sərv yağı:  Tərləyən və şişən ayaqlarda effektlidir.

Jojoba Yağı:  Ayaq kremi yerinə istifadə edilir.

Kimyon (sarıkök) yağı:  Ayaq göbələyinin azalmasına kömək edər.

Kəklikotu yağı:  Ayaq qoxusunun qarşısını almaqda istifadə edilir.

Ardıc yağı:  Şişmiş və su yığılmış ayaqlar üçün effektli olur.

Limon yağı:  Yorğun ayaqlar üçün effektli olur.

Lavanda yağı:  Ayaqdakı şişliyi aparır.

Avokado yağı:  Dərini yumşaltma xüsusiyyətinə görə ayaq baxımında istifadə olunur.

Sarı kantaron otu yağı:  Ayaq göbələyi olan yerlərə çəkilir. Bu yağın göbələk öldürücü xüsusiyyəti vardır. 

Adaçayı yağı:  Ayaq qoxularının qarşısını almada və tərləmədə istifadə olunur.

Ayaq Baxım Maskaları:
Ayaq üçün istifadə olunan yağların başında üzüm toxumu yağı, E vitamini, zeytunyağı gəlir. Bu yağlardan 45 dəqiqə sonra ayaqlar yenidən canlanır və çox gözəl qoxu gəlir.

Ayaq Vannası:
Əvvəlcə ayaqlarınızı rahatlatmaq üçün ilıq bir su hazırlayın. İçinə çobanyastığı çayı və bir neçə damcı bibəriyə yağı əlavə edin. Bibəriyə yağı qan dövranını artırır. Ayaqlarınızda şişlik varsa bibəriyə yağı yerinə lavanda yağı da istifadə edə bilirsiniz.

Ayaq Masajı:
Adaçayı ve kəklik yağını ayağınıza həftədə bir və ya iki dəfə çəkə bilərsiniz. Bu cür təbii yağlar xoşa gəlməyən qoxuların qabağını alar. Əlavə olaraq, bibəriyə kremi qan dövranını sürətləndirir.