Logo

Bürclərin zəif nöqtələri - Kim hansı vərdişdən əl çəkə bilmir?


QOÇ – Qoçların enerjisi çox tez bitir. Bu onlarda təkcə fiziki planda deyil, emosional sahədə də müşahidə olunur. Məsələ burasındadır ki, zodiakın bu bürcü altında dünyaya gələnlər, praqmatik deyil və öz güclərini bilmirlər. Qoçlar buldozer kimi ancaq irəliyə doğru “qaza” bilir. Qarşılarına çıxan maneələrə isə düşünmədən silə bilirlər. Belə həyat tərzi üçün isə dəmir əsəblər və inadkarlıq tələb olunur. Qoçlar alkoqola qarşı çox həssasdır. Onlar kofeinsiz sanki yaşaya bilmirlər. Energetik içkilər və kofe həyatlarının ayrılmaz hissəsidir. Bununla belə, narkotiklərə o qədər də meylli deyillər. Bütün Qoçlar azadlıq aşiqidir. Buna görə səyahətlər onlara əlavə stimul deməkdir.

BUĞA – Buğalar fiziki yaxınlığa meylli olduqları üçün daim partnyoruna qarşı hərəkət edirlər. Onlar yediklərini xüsusi olaraq seçirlər. Buğalar üçün yeməkdən həzz almaqla yanaşı, dadını uzun zaman damaqda qalmasını təmin etmək zəruridir. Bu bürc əyləncənin miqyası və növündən asılı olmayaraq, hamısına meyllidir. Buna görə həyatını bu həvəsə qurban verə bilər. Onlar birinci olmağı sevir. Təriflənmək və birinciliyinin hiss etdirilməsi onları xoşbəxt eedir. Yarışlarda qalibiyyət əksər hallarda buğalara qismət olur. Mərc gələrkən nəyi risqə atdıqlarının fərqində belə olmurlar. Evdə işsiz qalmağı, çöldə gəzməkdən daha üstün tuturlar.

ƏKİZLƏR – Bu bürc narkotik və ya spirtli içkilərdən daha çox asılı olur. Düzdür, statistika ümumi olaraq, onların sayının çox olmadığını bildirsə də, zodiakın digər bürcləri ilə müqayisdədə təəssüf ki, belədir. Əlizləri bu kateqoriyada bəzən Balıqlar üstələyə bilər. Əkizlər tez-tez mühitin dəyişməsinin və eksperimentləri çox sevir. Onları ancaq özlərinin seçdiyi insanlar anlaya bilər. Bu bürc hər şeydən xəbərdar olmağa alışıb. Buna görə, internet və sosial şəbəkələrsiz qalmaları mümkünsüz görünür. Onların daha bir mənfi cəhəti isə siqaret aludəçiləri olmalarıdır.

XƏRÇƏNG – Onların ən zərərli vərdişləri alkoqollu içkiyə meylli olmalarıdır. Daha çox zəif görünən tərəf isə münasibətlərdə hər zaman tək qalmaq qorxusu yaşamalarıdır. Xərçəngləri səbəbksrı özlərinin olmadığı ayrılıqlar ölümcül yaralayır. Bütün itkilər onlar üçün çox ağır psixoloji problemlər yaradır. Xərçəng sözün bütün mənalarında qarşısındakı insanın hisslərindən, sevgisindən və himayəsindən asılıdır. Həmçinin, onlar həyatda düzgün bildikləri prinsiplərin əsiridir. Əgər qarşısındakı insan onları yaralamasa, heç vaxt xəyanət etmirlər. Bununla belə, onlar öz asılılıqları ilə bütün bürclərdən daha pis mübarizə apardıqları üçün Xərçənglə yaşamaq əzaba çevrilə bilər.

ŞİR – Bir çox Şirlər nəticələrindən asılı olmayaraq, alkoqol və tütündən həddən artıq istifadə edir. Onları hamıdan üstün edən hər şeyin ən yaxşısını seçə bilmək bacarıqlarıdır. Öz statuslarından və özünü təmin etmək bacarıqlarından çox razıdırlar. Onlar ən yaxşı olmağa can atırlar. Əgər bunu hiss edərlərsə, bu əsl narkotik effekti verəcək və Şir heç vaxt əvvəlki kimi olmayacaq. Şirlər pulgirdir. Onlar pulu insanlardan çox sevir. Amma hər gün saydıqları və hətta həyatlarını həsr etdikləri vəsaiti uğurla xərcləmək bacarığı yalnız onlardadır.

QIZ – Qızları asılılıqları çox çətindir. Onlar çox yeməkdən, çox siqaret çəkməkdən, laqeydlikdən və hər şeyin ən rahatını axtarıb tapmaqdan əziyyət çəkir. Onların ən zəif cəhəti isə həyatda problemsiz yolla getmək istəkləridir. Qız bürcündən olanlar rahatlıqla bütün dünyadan təcrid oluna bilirlər. Bu onların qanında var. Şəxsi həyatda və ya işdə baş verən qəfil dəyişikliklər onlara öldürücü zərbə vurur. Onlar sevimli əşyaılarından əl çəkə bilmir. Qayda-qanun hər şeydən öndədir. Bu prinsiplə evdə belə, hər şey yerli-yerində olmasa, Qız “dünyanı dağıdar”.

TƏRƏZİ – Əgər tərəzinin həyatında hər şey çox yaxşı və ya çox pis gedirsə, yemək, içmək, narkotiklər və siqaret qətiyyən problem deyil. Bu fiziki və mənəvi asılılıq bütün ömür boyu da davam edə bilər. Onlar nadir hallarda dəyişə bilər. Səbəb isə insanlara çox bağlı olmalarıdır. Həqiqi sevgini tapdıqları vaxt, daxili mexanizm işə düşür və Tərəzi sadiq ər və ya arvada çevrilir. Zodiakın bütün bürclərindən fərqli olaraq, müsbət cəhətləri hobbilərinin olmasıdır.  

ƏQRƏB – Əqrəblər üçün bir prinsip var – Azadlıq! Nə qədər qəribə səslənsə də, bu belədir. Başlarının üstündə dayanıb, onlara komanda vermək mümkün deyil. Xoşbəxtlikdən həmişə rəislərdən və nəzarətçilərdən yayınmaq üçün şansları olur. Alkoqoldan ancaq özləri uyğun bildiyi vaxtda əl çəkə bilirlər. Seks həyatlarının mənasıdır. Bu isə bəzən onları zəif göstərir. Partnyorlarını xüsusi dəqiqliklə seçən Əqrəb üçün sevişmək böyük hadisədir.

OXATAN – Oxatanlar üçün spirtin ölçü vahidi olmur. Siqaret isə əvəzolunmaz dostdur. Əgər hər-hansı oyuna mel göstərərlərsə, birinci olmaq həvəsi həyatlarını məhv edəcək. Yarışçı olmaları onları həyatda birinci göstərməyə bəs edir. Ambisiyaları uğrunda hər kəsi və hər şeyi qurban verə bilən Oxatan adətən, məqsədinə çatır. Onlar pulu çox sevir. Amma daha çox maaş almaq kimi hədəfləri var. İşgüzar olmaları Oxatanı hamıdan fərqləndirir.

OĞLAQ – Oğlaq bütün asılılıq və maneələri özü üzərinə çəkir. Bununla belə, asılılıqlarını gözəl idarə edə bilirlər. Təkcə, cəmiyyətdə statusa malik olmalarından başqa. Olduqları yeri çox yüksək qiymətləndirdikləri üçün yerdə qalan hər şeyi qurban verə bilirlər. Zodiakın ən simic bürcü olan Oğlaq, eyni zamanda çox humanistdir. Onları heç vaxt kimdənsə sonuncu əşyasını alan zaman görmək olmaz. Dostlara, yaxınlara borc verməyi bacarır. Amma bu borc onların qazancından asılıdır. Oğlağı aldıqları puldan əlavə bir saniyə belə işlətmək mümkün deyil. Narkotik və alkoqoldan nadir hallarda əziyyət çəkirlər.

DOLÇA – İnternet, həvəs və hər şeylə maraqlanmaq Dolçanı məhv edir. Lzımi informasiyanı ala bildikləri halda günlərlə evdən çıxmaya bilər. Özlərini güclü və yaxşı hiss edə bildikləri dünyada yaşayırlar. Bu bürcün nümayəndələri ekstrimləri sevir. Tütn məhsullarına xüsusi zəiflik hiss edirlər. Əgər bununöhdəsindən gələ bilsələr, onların zəif yerinin olmadığını düşünmək olar.          

BALIQLAR – Balıqlar arasında nakomanlar və alkoqoloklərə çox rast gəlmək olar. Bu hələ tam aydın olmasa da, bu bürc pis vərdişlərə daha çox meyl edir. İnsanların azadlıq eşqini yüksək qiymətləndirirlər. Buna görə belələrinin yanında olmağa can atırlar. Ayrılıqlar Balıqlar üçün çox ağır keçir. Buna görə, özlərinə məxsus heç nə olmur. Bütün asılılıq və çətinliklərin öhdəsindən gəlmək üçün imkanları olsa da, barmaq belə tərpətmirlər. Xoşbəxt olmağın sirləri kitabda gizlənmir. Amma Balıqlar hər zaman axtarışdadır. Onlar zərərli vərdişlərə qalib gələrsə, zodiakın ən xoşbəxt bürcü olmağa ən iddialılardandır.