Logo

Ən asan bananlı piroq resepti


Şirniyyat, desertlər, tortlar hazırlamağa vaxtınız olmadıqda marketlərdə satılan hazır şirniyyatları almaq məcburiyyətində qalırsız. Bəzən bu şirniyyatların saxlanma müddəti keçir, ya da tərkibində mənşəyi məlum olmayan maddələr olur. Bütün bunlar is sağlamlığınıza zərər verə bilər.

Ərzağınıza və vaxtınıza qənaət edərək hazırlayacağınız banan piroqu ilə sevdiklərinizin sağlamlığını qoruyaraq onları sevindirə, hətda körpə uşaqlara belə ürək rahatlığı ilə verə bilərsiniz .

Lazım olan ərzaqlar:

100 q kərə yağı
3 ədəd yumurta
300 q un
1st şəkər tozu
1 st xama
3 ədəd banan

Hazırlanma qaydası:

1. Unu ələkdən keçirin.Yumurtaların ağını sarısından ayırıb, 3 yumurta sarısını yarım stəkan şəkər tozu ilə qarışdırıb üzərinə unu əlavə edin. Bir qədər bərk xəmir alınana qədər qarışdırın və 30 dəq. ərzində soyuducuya qoyun.

2. Soyuducudan çıxarılan bananları qabıqdan təmizləyib halqa şəklində doğrayın. Bananın üzərinə ətir üçün vanil əlavə edin.

3. Soyuducudan çıxardığımız xəmiri sobanın sinisinə yayırıq. Amma əvvəlcə sinini yaxşıca yağlayırıq ki, bişmiş piroq listə yapışmasın.

4. Yaydığınız xəmirin üzərinə doğradığınız bananları düzüb üzərinə xama əlavə edin. Diqqət etmək lazımdır ki, xama yağlı və bərk olsun. Çiy piroqun üzərinə vanil, şəkər tozu əlavə edərək dadına dad qata bilərsiniz.

5. Hazırladığınız piroq xəmirini bişirmək üçün sobaya qoyun. 180-200 dərəcədə 20 dəq. bişirin.

6. 3 yumurtanın ağından beze hazırlayın. Bunun üçün yumurtanın ağlarını yarım stəkan şəkər tozu ilə 10 dəqiqə ərzində yaxşıca çalırıq. Bezenin düzgün çalındığına əmin olmaq üçün məhlulun olduğu qabı çevirmək lazımdır. Əgər məhlul axmırsa deməli beze hazırdı.

7. Piroqu sobadan çıxarıb üzərinə beze çəkib, banan dilimləri və badamla bəzəyərək, yenidən 3 dəqiqəliyinə sobaya qaytarın.