Logo

Kələm kotleti


Ərzaqlar:
Kələm – 1 baş
Baş soğan – 1 ədəd
Yumurta – 1 ədəd
Un – 1 st.
Sarımsaq – 2-3 diş 
Duz
Göyərti
Suxarı
Bitki yağı
Duz – istiot
Hazırlanması:
Kələm 4 yerə bölünür, 8-10 dəqiqə iri qazanda suda qaynadılır. Sonra aşsüzənə qoyuruq ki, həm suyu süzülsün, həm də soyusun. Daha sonra ətçəkəndən keçirilir, suyu sıxılır. Soğan da ətmaşınından keçirilir, sarımsaq əzilir. Kələmə soğan, sarımsaq, yumurta, un, xırdalanmış göyərti, duz-istiot vurulur, qarışdırılır. Kütlə kotlet formasına salınır və suxarıda fırladılır. Bitki yağında hər iki üzü qızılı rəng olana kimi qızardılır. Nuş olsun!