Logo

3 Günde asanlıqla 3 Kilo arıqladan detoks diyeti


Qısa müddətdə kilo vermək istəyənlər üçün detoks pəhrizlər, detoks kokteyllər və daha bir çox tərif yer alır. Bu təriflər və detoks pəhriz siyahıları ilə bədəninizdəki artıq kiloqramları çox qısa müddətdə verə bilərsiniz. 3 gün kimi qısa bir müddətdə 3 kiloqrama qədər zəifləməyi təmin edən detoks pəhrizini sizlər üçün araşdırdıq. Bu pəhrizi maksimum 3 gün həyata keçirərək bədəninizi zərərli toksinlərdən təmizləyir, şişkinlikləri aradan qaldıra və artıq piylərin yandırılmasını sürətləndirə bilərsiniz. Detoks pəhrizlərinin digər bir məqsədi; Metabolizmanı sürıtlındirməkdir. 

1-ci Gün Detoks Təlimatları

Səhər yuxudan oyanarkən 1 stəkan limonlu su içməlisiniz. Günün qalan saatlarında də təzə meyvə və meyvə salatı istehlak etməyə diqqət göstərməlisiniz. Bununla yanaşı təbii və şəkərsiz limonad içə bilərsiniz.

Detoks Limonad resepti:
2 xörək qaşığı limon şirəsi (təxminən yarım limon), 1 xörək qaşığı qədər şəkərsiz marmelad, 1/10 çay qaşığı qırmızı istiot
Bu qarışıq otaq temperaturunda bir stəkan su ilə hazırlayacaqsınız.

Pəhrizin yanında istehlak edəcəyiniz meyvə salatı olaraq; 1 dənə yaşıl alma, 2 ədəd kivi və 2 dilim qədər ananas istifadə edə bilərsiniz.

Ara vaxtlarda aclıq hiss etsəniz 2 dilim çovdar çörəyi və ya 2 parça pəhriz biskviti istehlak edin. Bütün gün ərzində 8 stəkan limonad içməyiniz məsləhət görülür. Bağırsaqları sürətləndirmək üçün səhər erkən saatda və gecə yatmadan əvvəl forma çayı içməyi təklif edirik.

2-ci Gün Detoks Təlimatları

Səhər: 1 stəkan yaşıl çay ilə birlikdə 2 dilim qızarmış kəpək çörəyi və müxtəlif göyərtilər yanında da 2 qoz, 1 yerkökü

Günorta: 2 ədəd qatı yumurta ilə birlikdə 1 pay pörtmüş ispanaq və 1 ədəd pomidor

Axşam: 1 tikə ət parçası (200 qram) az miqdar zeytinyağ-lı və limonlu yaşıl salat.

Aralarda yemək istəyəndə xiyar, yaşıl alma,10 stəkan su və 3-4 fincan açıq yaşıl çay istifadə edə bilərlər.

3-ci Gün Detoks-u

Səhər: 1 ədəd yaşıl alma ilə birlikdə 2 dilim ananas meyvə salatı olaraq sərf ediləcək.

Aralarda aclıq hiss etdikdə çovdar çörəyi, ya da yulaf biskviti yeyə bilərsiniz.

Günorta: Yaşıl noxud (qorox) (1 ovuc qədər), 2 ədəd qabaq, 1 ədəd yerkökü, yarım dəstə pərpətöyün, sarımsak və bütün olaraq 3 ədəd yaşıl soğan.

Axşam: Günorta saatında yediyiniz tərəvəz yeməyindən istehlak edin. Aclıq hiss etsəniz 1-2 dilim çovdar çörəyi, ya da 1 paket pəhriz biskvit yeyə bilərsiniz.