Logo

50 yaşından yuxarı qadınlar üçün makiyaj


Tonal kremi qarışdırın 
Yaşınıza bağlı olaraq dərin qırışları gizlətmək üçün həddindən artıq tonal krem istifadə etməyə meyilli ola bilərsiniz. Amma bu dəridəki qüsurları daha çox ortaya çıxar. Tonal kremi aydınladıcı kremlər qarışdıraraq yumşaldıb, çəkin. Beləliklə, tonal rem daha nəmli və parlaq görünəcək. 
Parıldamaqla bağlı strategiyaya yiyələnin 
Bütün göz qapağınıza parlaq bir ten vurmaq yerinə, parıltını müəyyən yerlərə vurun. Bütünlüklə parıltı yerinə qismən parıltıdan istifadə edin. 
Tuşu unutmayın 
Tünd rəngli tuşla göz ətrafındakı qüsurlara pərdə çəkə bilərsiniz. Tuşu çəkərkən kirpik diblərinə daha çox çəkməyə diqqət edin. Kirpiklərin arasında boşluq olmamalıdır. Kirpik ucları isə dənə-dənə və uzun görünməlidir. 
Rəng keçidlərinə diqqət edin 
50 yaşdan yuxarı qadınların ən çox etdiyi səhvlərdən biri üz, boyun və dekolte arasındakı rəng fərqlilikləridir. Makiyaj edərkən üzünüzdə istifadə etdiyiiz tonal krem boyun və üzlə uyğun olmalıdır.