Logo

Adi bir kəmərlə dəbli görünməyin üsulları


Kəmər əsasən kişi geyiminin ayrılmaz elementi sayılsa da, qadın qarderobunda öz yerini çoxdan möhkəmlədib. Çünki çoxuna əhəmiyyətsiz görünən adi bir kəmər dəsti daha dəbdəbəli göstərmək qüdrətinə malikdir. 

 Bu yazıda modapərəstləri kəmərlə dəbli obraz yaratmağın yolları ilə tanış edirik. 
Qalın kəmər ilə belinizi qum saatına çevirin

Qalın kəmər beli vizual olaraq qum saatına bənzədir. Qarnınızın çıxdığını hiss edirsinizsə, bu dəb taktikasından yararlanın. 
Diqqət çəkən toqqa

Kəmərin rəngi və toqqası cəlbedicidirsə, o, obrazda baş rolda çıxış edəcək, odur ki, digər aksessuarları sadə seçin. 
İncə bir kəmər istifadə edərkən aşağıdakıları nəzərə alın 
Adi bir kəmərlə dəbli görünməyin üsullarıİncə kəmərlər xüsusilə cinslərlə uzlaşır. Bundan əlavə, bohemsayağı uzun və şifon sarafanları daha effektli göstərir. 
Stilstlər şiddətlə tövsiyə edir ki, hər bir modapərəst xanımın qarderobunda qara və qəhvəyi klassik kəmər olmalıdır. Onlar ən sadə geyimi dəyişdirməyə qadirdir. Həmçinin qalın kəmərlər rahat və yüngül yay dəstlərinə bohem effekti qatacaq. Yeri gəlmişkən, bu yay donlarla eyni mataerialdan olan parça kəmərlər də çox aktualdır.