Logo

Befstroqanov resepti


Çox populyar reseptdir. Ət yumşaq və çox dadlı alınır. Qarnir üçün düyü və ya püre hazırlaya bilərsiniz. 
İnqrediyentlər: 
- 500 qr mal əti 
- 200 qr soğan 
- 150 qr xama 
- un 
- duz, istiot 
- bitki yağı 
Hazırlanması: 
1. Soğanı xırda doğrayın. 
2. Əti uzun tikələrə doğrayın. 
3. Soğanı bitki yağında qızardın. 
4. Əti una batırın, soğana əlavə edin, 5-7 dəqiqə ərzində qızardın, sonra vam odda hazır olana qədər bişirin. 
5. Xama, duz, istiot əlavə edin, vam odda 5-10 dəqiqə bişirin. 
Nuş olsun!