Logo

Pul xərcləmədən baxımlı görünmək üçün 6 QAYDA


Əlbəttə layiqli görünmək üçün sadəcə bahalı əşyalar və geyimlər almaq mütləq deyil. Bəzən bahalı olmayan libas hətta daha gözəl görünə bilər, nəinki bahalı. Geyim alarkən ən vacibi – əsas səhvlərdən yayınmaqdır. 
AĞIR DEKOR ELEMENTLƏRİNƏ "YOX" DEYİN 
Söhbət ulduzlar, muncuqlar, parıltı verən biserlər və sairdən gedir, futbolka, cemper, qısa köynək, gödəkçələrin bu ünsürlərlə yüklənməsinə yol verməyin. Bu ucuzluq effekti özünü ən çox qara və üzərində bərbəzək olan paltarlarda göstərir. 
Pul xərcləmədən baxımlı görünmək üçün 6 QAYDABƏZİ ƏŞYALAR MÜTLƏQ YAXŞI KEYFİYYƏTLİ MATERİALDAN OLMALIDIR 
Bəzi parçalar və materiallar yalnız yüksək keyfiyyətli olduqda gözəl görünür. Əks halda onlar dərhal gözə batır. Misal üçün, krujeva. Əksər hallarda dərhal görünür, istisna ilə qarşılaşmamışam. Əgər sizin krujeva istifadə olunan geyimlərdən xoşunuz gəlirsə, onda keyfiyyətli işləri seçin. Bu məhz o haldır ki, ya siz yaxşı keyfiyyətə görə pul ödəməlisiniz, ya da ümumiyyətlə krujeva almayın. Ucuz almağa dəyməz. 
Eyni qayda ağ rəngli libaslara da aiddir. Ağın üzərində keyfiyyət dərhal sezilir. 
Pul xərcləmədən baxımlı görünmək üçün 6 QAYDAGEYİMİN ƏYİNDƏ DURUŞU VACİBDİR 
Söhbət paltarın tikilişindən gedir. Sallaqlar, kəsişmələr, büzmələr, boş hissələr elə detallardır ki, obrazı poza bilər, hətta geyim bahalı markaya aid olsa belə. Baxmayaraq ki siz ona pul ödəmisiniz, əyində ucuz görünəcək. Çalışın ki, elə brendlərə ya orta qiymətli markalara üstünlük verəsiniz ki, onlar sizin bədən ölçülərinizə uyğun tiksin. Məsələn Bershka-dakı geyimlər daha çox incə və bəstəboy qızlar üçündür. 
Pul xərcləmədən baxımlı görünmək üçün 6 QAYDAHƏDDİNDƏN ÇOX CANFƏŞANLIQ ZİYANDIR 
Hər kəs üçün baza qarderob fərqli və özünəməxsusdur. Bəzən belə məsləhətlərə rast gəlirik ki, hər bir xanımın qarderobunda balaca qara donu olmalıdır. Amma mən inanıram ki, hər bir qadının özünə uyğun uzunluqda və rəngdə donu olmalıdır. Amma universal qaydalar var. Sadə tikişli baza əşyalara üstünlük verin, gərəksiz detallar olmasın. Onda siz səhv etməyəcəksiniz, geyim isə dəbdən düşməyəcək. 
Pul xərcləmədən baxımlı görünmək üçün 6 QAYDARƏNGLƏRİN AHƏNGİNƏ FİKİR VERİN 
Bir dəfəlik, boz və qaranı unudub, rəngləri uyğunlaşdırmağı öyrənin. Yaxşı olar ki parlaq və səssiz çalarlara üstünlük verəsiniz.  Qara, boz və ağ – axromatik rənglərdir (yəni onlarda rəng yoxdur), buna görə də onlarla istənilən rəng ahəng yarada bilir. 
Pul xərcləmədən baxımlı görünmək üçün 6 QAYDAÖZÜNÜZƏ QULLUQ ETMƏYİ UNUTMAYIN 
Yadda saxlayın ki qulluq edilmiş dəri, füsunkar makiyaj və səliqəli saç düzümü həmişə sizə daha tərz görünməyə kömək edəcək, hətta adi cins şalvar və futbolka geyinsəniz də. 
Pul xərcləmədən baxımlı görünmək üçün 6 QAYDA