Logo

Saç detoksu


Saç dərisini təmizləyin 
Kəpəksiz, təmiz saç dərisi, saçlarınızın daha sürətli uzanmağına kömək edər. Eyni zamanda təmizli və baxımlı görüntüyə səbəb olar. Buna görə də, saç dərisindəki yağları təmizləmək üçün şampun seçiminə diqqət edin. 
Saçı qurutmaq üçün fen istifadə etməyin 
Saçlarınızı yuduqdan sonra fendən istifadə etmək, saç uclarının qırılmasına səbəb olacaq. Buna görə də, dəsmalla qurutmağa çalışın. 
Zeytun yağı masajı  
Yorulmuş saçlarınızı qısa müddətə sağlam hala gətirmək üçün zeytun yağı ilə masaj edə bilərsiniz. 1 yemək qaşığı zeytun yağını mikrodalğalı sobada 10 saniyə isidin. Daha sonra quru saçlara masaj edin. 20 dəqiqə gözləyin sonra ilıq su ilə durulayın. 
Çay ağacı yağı möcüzəsi 
Çay ağacı yağı saç dərisindəki kəpəyi aradan qaldırmağa kömək edir. Buna görə də, 5 damla çay ağacı yağı ilə baş dərinizə masaj edin və 5 dəqiqə gözləyin. İlıq su ilə durulayın.