Logo

Ciyərləri təmizləyən ən effektli üsul - Sarıköklü südün MÖCÜZƏVİ TƏSİRİ


Gecə yatmazdan əvvəl sarıköklü süd içsəniz, bu, orqanizmdə möcüzələr yarada bilər. 
Publika.az oxucuları sarıköklü südün faydaları ilə tanış edib. 
Orqanizmdə iltihab əmələ gəlməsinin qarşısını alır 
Sarıkök anti-enflamatuar təsirə malikdir. Artrit, enflamatuar bağırsaq xəstəliyi, pankreatit və bir çox xəstəliyin müalicəsində anti-enflamatuar xüsusiyyətlərə malikdir. Gündə bir stəkan sarıköklü süd içmək orqanizmdə iltihab əmələ gəlməsinin qarşısını alır. 
Ciyərləri təmizləyir 
Sarıkökün ciyərlərə müsbət təsiri sübut olunub. Sarıkök orqanizminizdə təmizləyici funksiyanı yerinə yetirir və ciyərlərdə yağ turşularının toplanmasının qarşısını alır. Bu içki maddələr mübadiləsini asanlaşdıracaq və ciyərləri təmizləyəcək. 
Vücud müqavimətini artırır 
Aqraşdırmalar göstərib ki, sarıkök bakteriya, virus, göbələklərə qarşı mübarizdə antibiotik təsirinə malikdir. Müalicəvi içki soyuqdəymə və boğaz ağrısına qarşı çox təsirlidir. 
Xərçəng riskini azaldır 
Sarıkök güclü antioksidant funksiyasını yerinə yetirir. Araşdırmalar göstərir ki, o bədəndə sərbəst radikal ifraz edən oksidativ stressi azaldır. Həmçinin xərçəng xəstəliklərinin qarşısını alır. Yeni bir araşdırmada o da məlum olub ki, sarıkök şişlərin böyüməsini dayandırmağa yardım edir. 
Artıq çəkini aradan qaldırır 
Sarıkök metabolizmanı gücləndirməklə qalmır, eyni zamanda bədənin yağları daha sürətlə həzm etməsini təmin edir. Mütəmadi istifadə nəticəsində bədəndə yağ yığılmasının qarşısını alır, bu da pəhriz üçün effektlidir. 
Ürəyin dostudur 
Sarıkök vücuddakı iltihablanmaya və ürək xəstəliklərinə səbəb olan sitokin maddəsinin ifrazını məhdudlaşdırır. Odur ki, hər gecə sarıköklü süd içməklə ürək problemləri riskini azalda bilərsiniz. 
Beyin sağlamlığına nəzarət edir 
Alzheymer xəstəliyinin inkişaf riskini azaldır. /publika.az