Logo

Çiyələk və kivi salatı resepti


Yayda yüngül meyvə salatı hazırlamaq üçün çiyələk və kivinin olması yetərlidir.
İnce.az fərqli salatın reseptini təqdim edir.

Tərkibi:
Çiyələk – 150 qr
Kivi – 1 ədəd
Kahı yarpağı – 30 qr
Küncüt toxumu – 5 qr
Limon – 1 ədədin

Zeytun yağı – 1 qaşıq

Hazırlanması:
Çiyələyin saplaq hissəsi təmizlənir, kivi yuyulub soyulur. Çiyələk 2-3 hissəyə elə uzunsov, kivi isə yarımhalqa formasında doğranılır. Salat yaqpaqları xırda doğranılır. 

Sous üçün zeytun yağına limon şirəsi sıxılır. 

Salat qabında meyvələr qarışdırılır və üzərinə sous gəzdirilir, küncüt səpilir.