Logo

Tomatlı bulqur plovu resepti


Tərkibi:

1 su stəkanı bulqur
2 su stəkanı su
2 yemək qaşığı maye yağ
1 yemək qaşığı tomat
1 baş soğan
Duz
İstiot
Kəklikotu


Hazırlanması:
Bir yanda suyu qaynatmağa başlayın. Maye yağı tavada qızdırıb içinə soğanları əlavə edib qovurun. Soğanlar qızarıb yumşalanda tomatı əlavə edib onu da ətri çıxana qədər qovurun.

Tomat da qovrulanda qaynamış suyu qazana əlavə edib qaynatmağa davam edin. Yuduğunuz bulqurları da qazana əlavə edin. Duzunu əlavə edin və qarışdırın. Qapağını bağlayıb altını azaldaraq bişməyə qoyun.

Suyunu çəkəndə arzuya görə istiot və kəklikotu əlavə edib plovun qısa bir müddət dəmə qoyun.

Plovunuz hazır. Qatıq və turşuyla xidmət edə bilərsiz.