Logo

“Hercai”dən daha bir rekord


Türkiyənin ATV kanalında yayımlanan “Hercai” serialı daha bir rekorda imza atıb.

Axşam.az xəbər verir ki, baş rollarında Akın Akınözü və Ebru Şahinin oynadığı ekran işi son dönəmin ən populyar işlərindən sayılır.

İmkansız bir eşq hekayəsindən bəhs edən serialın ilk bölümü “Youtube” video-hostinqində 21 milyon dəfə baxılıb və bununla da rekord qırıb.

Qeyd edək ki, “Hercai” ikinci mövsümü ilə izləyicilərin qarşısına sentyabrda çıxacaq.