Logo

"Gözlərimin həsrətlə baxdığı haqq yoluna döndüm"


"1983-cü il, avqustun 6-da dünyaya göz açdım. Gözlərimdə qəm, çiyinlərimdə ağır yüklərlə yaşadım. Xoşbəxtəm ki, bu gün həyatı anlaya bildim, gec də olsa nəticə şıxardım".

İnce.az xəbər verir ki, bu sözləri müğənni Elton Hüseynəliyev sosial şəbəkədə yazıb. Ad günü olan sənətçi təəssüratlarını izləyiciləri ilə bölüşüb:

"Gözlərimin həsrətlə baxdığı haqq yoluna dönməyi Rəbbim mənə nəsib etdi. Haqqımda pis danışanları, qeybət edənləri, məni sevməyənləri Allah xətadan-bəladan qorusun. Onlara təşəkkür edirəm. Yaxşı insanlara isə demək istəyirəm ki, dünyanı gözəl edən sizlərsiz, sizin sevginizdir. Sizi çox sevirəm.

Ad günüm mübarək. hamıya, eləcə də özümə sevib-sevilməyi arzulayıram. yaxın günlərdə dostlarımla birlikdə ziyarətə gedəcəyik".

Qeyd edək ki, prodüser Tamilla Hüseynəliyeva ilə ailəli olan Eltonun iki övladı var.