Logo

Xanlarova adını qoyduğu nəvəsi ilə - Foto


Əməkdar artist Mehriban Xanlarova adını daşıyan nəvəsinin fotosunu yayıb.

İnce.az xəbər verir ki, aktrisa eyni zamanda nəvəsinin ad günü olduğunu vurğulayıb:

"Qanım, canım, həyatda dəvamçım olan Mehriban Xanlarova Aslan qızı - səni doğum günün münasibətilə, 10-cu yaşa qədəm qoyduğun üçün ürəkdən təbrik edirəm. Allahdan sənə can sağlığı, daim ailənlə, sevdiklərinlə xoşbəxt günlər arzulayıram. Sənə verilən ömür payının elə bir dövründəsən ki, buna çoxumuz yenidən qayıtmağın həsrətindəyik.

Sənə qayğısız, sağlam, atalı-analı bir ömür diləyirəm. Qoy uşaqlıq illərinin çöhrəndə yaratdığı bu təbəssüm, xoşbəxtlik səni bir ömür tərk etməsin. Yaşının bütün çağlarını bax beləcə, dərddən, kədərdən uzaq, firəvan keçirəsən".

Qeyd edək ki, M.Xanlarova bacısı qızını övladlığa götürüb.