Logo

Bu ölkədə hind filmləri qadağan edildi


Pakistanın baş nazirinin informasiya və yayımlar üzrə xüsusi müşaviri Firdous Aşiq Avan ölkədə hind filmlərinin qadağan olunduğunu deyib.

İnce.az xəbər verir ki, onun sözlərinə görə, bundan sonra heç bir televiziyada və kinoteatrlarda Hindistan filmləri göstərilməyəcək.

Ölkə hökuməti Hindistan ilə Pakistan arasında diplomatik əlaqələrin azadılmasına qərar verildikdən sonra belə bir addım atıb.

Qeyd edək ki, Dəmiryolları naziri Raşid Ahmed də paytaxt İslamadda verdiyi açıqlamada Lahor şəhəri ilə Hindistanın Attari şəhəri arasındakı qatar səfərlərinin dayandırıldığını da söyləmişdi.Axşam.az