Logo

İradədən həyat yoldaşına sevgi ETİRAFI: "Əbədi yol yoldaşımsan"


Türkiyədə yaşayan müğənni İradə İbrahimova həyat yoldaşının doğum günü ilə bağlı paylaşım edib.

İnce.Az ölkə.az-a istinadən xəbər verir ki, ifaçı "Instagram" səhifəsindən həyat yoldaşı Ceyhun İzərlə fotosunu paylaşaraq ona olan sevgisindən yazıb:

"Yeni yaşın mübarək, həyat yoldaşım. Bu həyatda səninlə yaşadığım gözəlliklərin sayı-hesabı yoxdur. Mən səndən razıyam, Allah da səndən razı olsun. Baxmayaraq, yaz ayında dünyaya gəlmişəm, ən çox payızı sevirəm. Səninlə yazı da sevdim. Ərim, həyat yoldaşım, dostum, əbədi yol yoldaşımsan mənim. Yaxşı gündə, pis gündə ölüm bizi ayırıb, sonra yenə sonsuzadək birləşdirəcəyinə inandığım nağılımsan. Sən yaxşı, ocağım isti, Rəbbim gözəl. Sevənə, sevdirənə şükürlər olsun".

Xatırladaq ki, İ.İbrahimova 2009-cu ildən türkiyəli iş adamı Ceyhun İzərlə ailəlidir. Cütlük 2 övlad tərbiyyə edir.