Logo

Düyü və pomidorla toyuq filesi


Çox yüngül və dadlı yeməkdir. Zövqünüzə görə uzun və ya yumru düyüdən istifadə edə bilərsiniz. Hazır yeməyin üzərini istənilən göyərti ilə bəzəmək olar. 
İnqrediyentlər: 
- 500 qr toyuq filesi 
- 500 qr pomidor 
- 150 qr düyü 
- 2 diş sarımsaq 
- duz, istiot 
- bitki yağı 
Hazırlanması: 
1. Düyünü hazır olana qədər bişirin, suyu süzün. 
2. Fileni və pomidorları kub şəklində doğrayın. Pomidorların qabıqlarını soymaq olar. 
3. Fileni bitki yağında qızardın. 
4. Pomidor, duz, istiot əlavə edin, 15-20 dəqiqə vam odda bişirin. 
5. Düyü əlavə edin, qarışdırın, vam odda 5-7 dəqiqə bişirin. 
6. Hazır olana yaxın xırda doğranmış sarımsaq əlavə edin, qarışdırın. 
Nuş olsun!