Logo

Balqabaq şorbası


Balqabaq çox zəngin mineral tərkibə malikdir. Tərkibində C, E, PP, K, B qrupu vitaminləri, mineral və mikroelementlər (dəmir, mis, kalium, ftor, sink, kalsium), fruktoza, pektin maddələri var. Balqabaqdan fərqli yeməklər, içkilər hazırlamaq mümkündür. 

Tərkibi

1 kq balqabaq

100 qr düyü

80 qr yağ

2 ədəd baş soğan

Şəkər tozu

Duz

 Necə hazırlanır?

  1. Balqabağı yaxşı yuyub, təmizləyin.
  2. Kub şəklində doğrayıb su və ya bulyonda bişirin.
  3. Bişmiş balqabaqları kəfkirlə əzin.
  4. Daha sonra düyü ilə birlikdə qazana töküb bişirin.
  5. Başqa bir tavada soğançanı hazırlayın.
  6. Hazır olana yaxın soğançanı balqabaq olan qazana əlavə edin.
  7. Ən sonda istəyə uyğun duz əlavə edin.

 Əgər siz də bu reseptdən faydalanaraq “Balqabaq şorbası” hazırladınızsa, şorbanın şəklini və təəsüratlarınızı bizimlə paylaşmağı unutmayın!

Nuş olsun!