Logo

Boyadan yanan saçlar üçün - Maskalar


Boyadan yanan saçlar zamanla canlılığını itirərək pis görünüş alır. Bu cür yanmış saçlarınıza görüntü vermək üçün bu yazını diqqətlə oxumağınız yetərlidir.

Xlora və saç boyasına çox məruz qalan saçlar zamanla təravətini itirir. Saçlar qırılır, haçalanır, codlaşar ki, bu da saçı daramağı çətinləşdirir. Xüsusilə boyalı, davamlı fen çəkilən saçlarda bunun yaşanması daha çox müşahidə edilir.

Davamlı olaraq isidilməsi və bir anda təkrar soyudulması saçın bir müddət sonra yorulmasına səbəb olur. Saçın yorulması yanmasından əvvəlki mərhələdir. Belə halda saça vermək istədiyiniz forma alınmayacaq. Saç boyadan ya fendən yanıbsa təssüf ki, təmir olunma çətindir. Lakin aşağıdakı maska işinizə yaraya bilər.

Jojoba yağı maskası

Tərkibi:

4 yemək qaşığı jojoba yağı

2 çay qaşığı rozmarin yağı

1 çay qaşığı ətirşah çiçəyi yağı

Hazırlanması:

Bunlar hamısı yaxşı qarışdırılır. Hazırladığınız qarışığı nəmli halda saçlarınıza masaj edərək çəkin. 15 dəqiqə saçınızda gözlədin və şampun ilə yuyun.

Yumurta maskası

Tərkibi:

1 ədəd yumurta

2 çay qaşığı ərik yağı

5 yemək qaşığı hindqozu yağı

Hazırlanması:

Əvvəl yumurtanı yaxşıca qarışdırın. Daha sonra qalan vasitələri yumurtaya əlavə edin və yaxşı qarışdırın. Hazırladığınız qarışığı diblərindən ucuna kimi saçınıza çəkin. 20 dəqiqə saçlarınızda saxlayın və şampunla yuyun.

Banan maskası

Tərkibi:

1 ədəd banan

1 yemək qaşığı bal

Hazırlanması:

Bananı püre halına salın və bal əlavə edib saçlara bərabər şəkildə yedirin. 20 dəqiqə gözlətdikdən sonra saçlarınızı ilıq su ilə yaxalayıb, şampunla yuyun