Logo

Makiyaj sirləri: həmişə zirvədə olanlar üçün əsas qaydalar


Hərkəs bilir ki, zərif cinsin nümayindələri həmişə cazibədar görünmək istəyirlər. Zamanımızda hər bir qadının daha cavan və təravətli görünməsi üçün bir çox parfümeriya və kosmetika vasitələri var. İstənilən professional vizajist sübut edə bilər ki, qadına düzgün yanaşma ilə möcüzələr yaratmaq olar. Makiyajın bəzi sirlərini bilməklə müxtəlif, və hətta bəzən bir birinə tamam əks obrazlar yaratmaq olar.

Cavanlaşdıran makiyajın sirləri

  • Üzə cavan, təravətli görünüş vermək üçün tonal krem tətbiq edin, amma ilk öncə üz və boyun dərinizdən ölü hüceyrələri təmizləyəcək pilinqdən istifadə edin.
  • İndi isə dərini yaxşıca nəmləndirmək lazımdır. Bunun üçün tərkibində A və E vitaminləri olan istənilən qırışlara qarşı krem uyğun olacaq.
  • Krem tam dəriyə hopduqdan sonra tonal vasitənin tətbiq edilməsinə başlamaq olar. Əsas odur ki, onu nazik qatla çəkəsiniz, əks halda o qırışlara dolub onları daha da vurğulayacaq. Əyər siz həqiqətən mümkün qədər cavan görünmək istəyirsinizsə, qatı tonal kremlərdən imtina edin, daha yüngül və biraz matlaşdıran vasitələrdən istifadə edin. Məhşur brendlərə üstünlük verin.
  • Son addım — kirşan. Vizajıstlər preslənmiş deyil, tozşəkilli kirşandan istifadə etməyi tövsiyə edir. Düzgün effekt əldə etmək üçün kirşanı qalın yumuşaq fırça ilə çəkmək lazımdır.

Tonal krem və kirşanı tətbiq etdikdə burnun kənarlarındakı qırışları gizlətməyə çalışmayın. Bunu etməyə çalışdıqda əksinə, o qırışları daha da vurğulayacaqsınız. Bu halda bəs nə etmək lazımdır? Optimal seçım — qırışa dəymədən tonal kremi tətbiq edin, daha sonra isə yumuşaq fırça və ya barmaq uclarınızla qırışın üzərinə yavaşca tuşlayın.

Ənlik çəkilməsi qaydaları

Ənlik çəkilməsi qaydaları

Adətən, yaş ötdükcə üz dərisi solğunlaşır, hətta bəzən bozumtul rəng alır. Düzgün çəkilmiş ton üzünüzə daha təravətli görünüş verəcək, amma təəssüf ki, bu yetərli deyil. Buna görə də yetkin yaşlı xanımların ənliyə ehtiyacları var. Onların köməyi ilə hətta üz formasını da daha düzgün etmək olar.

  • Tünd rəngli ənlik istifadəsi tövsiyə olunmur, ən azından gündəlik makiyaj üçün. Aydın çəkilmiş almacıq sümüyü konturu, sözsüz ki, üzünüzü daha incə edəcək, amma bundan əlavə sizi daha yaşlı göstərəcək.
  • Əyər məqsədiniz əksinə, yaşınızdan böyük görünməkdirsə, bu halda tünd qəhvəyi ənlikdən istifadə edin — görünüşünüzü azı 5-10 yaş artıracaq.
  • Cavan üz = al yanaqlar, buna görə çəhrayı tonlarda ənlikdən istifadə etdikdə mütləq daha cavan görünəcəksiniz. Xarici vizajistlərin məsləhəti — almacıq sümüklərinə şaftalı rəngli ənlik çəkin, üzərinən bir damcı rəngsiz dodaq parladıcısından istifadə edin. Nəticədə daha sağlam görünüş əldə edəcəksiniz.

Dodaqlar və gözlər üçün makiyaj sirləri

gözlər üçün makiyaj sirləri

Mükəmməl üz makiyajının bəzi sirlərini öyrənib üzünüzə sağlam və cəlbedici görünüş verdiniz, indi isə gözlərə keçid alaq. Burada fantaziyanızı işlətmək üçün geniş imkanlar var: göz kölgələri, laynerlər, göz qələmləri, tuş və başqa məhsullar sizi darıxmağa qoymayacaq!

  • Mat göz kölgələri və dodaq boyalarını unudun. Bucür məhsullar, əsasən də onların tünd çalarları yaşınızı artırır, qırışlara diqqət çəkir, üzün həcmini böyüdürlər. Amma buna arxayın olub parlaq rəngləri də həddən çox istifadə etmək lazım deyil — həddən çox parıltı da dərinizin çatışmazlıqlarını vurğulayacaq.
  • Əsas sualınız: üzünüzdə bir necə yaşı «silmək» üçün hansı sirləri bilmək lazımdır? Sədəfli təbii rəngli göz kölgələri və dodaq boyası işığı yansıdaraq, qırışları gizlədir, buna görə də onlar mükəmməl seçim ola bilər. Atlas çaları cavanlaşdıracaq, yüngül parıltı isə, nəm dodaqlar effekti yaradıb, onlara həcm və təravət verəcək.
  • Bir çox qəhvəyi gözlü xanımların göz rəngini kakao çalarlarıyla vurğulamağa çalışmaqlarına baxmayaraq, onu deyək ki, çoxuna bu rənglər yaraşmır. Yetkin yaşlı bir xanımın üzündə isə çox darıxdırıcı görünür. Buna görə də, məsələn, çox ifadəli olmayan tünd göy rəngli qələmdən istifadə etsəniz daha yaxşı olar. Laynerin dəbdə olmağına baxmayaraq, ondan daha cavan xanımların istifadə etməsi məsləhətlidir.
  • Gözlərin vurğulanmasıylada çox həddi keçməməyə çalışın. O da yaşınızın üstünə yaş gətirir. Bugün «dumanlı» göz makiyajı dəbdədir, amma bu qara qələmlə göz künclərinin vurğulanması deməkdir, bu isə bütün çatışmazlıqları, məsələn, qızartını, daha aydın göstərir.
  • Həm yuxarı, həm də aşağı kiprikləri boyamaq vərdişini unudun, açıq saç rənginə malik xanımlar isə ümumiyyətlə qara tuşdan istifadə etməsələr yaxşıdı. O nəyinki üzü yaşlandıracaq, bundan əlavə ona tutqun ifadə verəcək. Bu xanımlara daha çox qəhvəyi, boz və ya tünd-yaşıl tuş yaraşar.
  • Dəbli və gözəl görünmək üçün professional makiyajın sirlərini yadda saxlayın və onlara əməl edin: hərəkətsiz göz qapağı hissəsində gözlərinizlə eyni rəng olan kölgələrdən istifadə edin, hərəkətli göz qapağında isə — geyiminizə uyğun çalardan. Amma həddən artıq dolğun rənglər vulqar görünəcək və heç cür yaşınızı azaltmayacaq. Buna görə də, açıq rəngli gözlərə sağlam görünüş vermək üçün göz qapaqlarınıza boz və ya mavi kölgələr çəkin. Yaşıl və qəhvəyi rəngli gözlərə malik xanımlara isə metallık çalarlar daha uyğun olacaq.
  • Gözaltı şişkinlik və tünd ləkələrdən azad olmaq üçün məhşur cavanlaşdırıcı vasitə çəhrayı kölgələrdir. Onları qaşınızın və aşağı göz qapağınızın altından çəkin — bir neçə yaş cavanlaşacaqsınız.
  • Dodaqlar yaşla əlaqədar dəyişikliklərə tez təslim olurlar, buna görə bir çox xanımlar onları vizual olaraq cavanlaşdırmaq istəyir. Cavan xanımlar istədikləri qədər dodaq boyası və parladıcısından istifadə edə bilərlər (unutmadan ki, artıq məhsul dodaqlarınızın kənarlarına yığıla bilər). Yetkin xanımlara isə dodaqları tam boyamaq tövsiyə olunmur, bu halda bütün qırışlar vurğulanacaq.

Ən yaxşı seçim — dodaq parladıcısını alt dodağınızın mərkəzinə çəkin və yayın. Bu fəndlə onlara həcm verəcəksiniz. Dodaq formasını qələm vasitəsilə dəyişmək də məsləhətli deyil, yalnız mövcud konturu vurğulamaq olar. Açıq rəngli dodaq boyası və neytral dodaq parladıcısı öz işlərini görəcəklər — dodaqlarınız dərhal daha cavan və gözəl görünüş alacaq.

Hər bir ledi üçün makiyaj sirləri

ledi üçün makiyaj sirləri

İndi isə gəlin bir neçə ümumi qayda ilə tanış olaq:

  • Yuxunuzu yaxşı almamısız və gözləriniz yorğun görünürsə, metallik rəngli yağlı göz kölgələrindən istifadə edin
  • Qarabuğdayı xanımlara sədəfli çəhrayı dodaq boyası çox gözəl yaraşır.
  • Ənliyi gündüz işığında, pəncərə qarşısında çəkmək tövsiyə olunur.
  • Göz kölgələriniz yağlıdırsa, onları tətbiq etməzdən qabaq göz qapaqlarınıza biraz kirşan çəkin. Bu fəndlə onlar büküklərə yığılmayacaqlar.
  • Layner çəkirsinizsə, qolunuzu bərk bir səthin üzərinə qoyun ki, ona artıq güc düşməsin və çəkmək rahat olsun.
  • Dodaq qələmini çox dəqiq xəttlə çəkmək yaxşı görünmür. Ucu iti olmayan qələmdən istifadə edin.
  • Göz kölgələrinin rəngini daha düzgün seçmək üçün onları ənlik və dodaq boyasından sonra tətbiq edin.
  • Gözləriniz kiçikdirsə, tünd kölgələri heç vaxt göz qapağının içəri küncünə çəkməyin. Layner vasitəsilə isə gözlərinizi daha uzunsov edə bilərsiniz.
  • Üzündə çillər olan xanımlara onları qalın tonal vasitə altında gizlətməyə ehtiyac yoxdur — qoyun görünsünlər.
  • Göz kölgələrini çəkdikdə gözünüzü yummaqdansa, başınızı bir qədər arxaya əyin. Bu fəndlə həm kölgələri daha bərabər çəkməyə imkanınız olacaq, həm də etdiyinizi görməyə.
  • Artıq göz kölgələrini ümumi makiyajı pozmadan silmək üçün göz qapağınıza biraz kirşanlanmış pambıq toxundurun.

Təbiyət sizə kiçik səliqəli burun bəxş etməyibsə, məyyus olmayın. Onun formasını öz əllərinizlə biraz korreksiya edə bilərsiniz. Bunun üçün həmişə istifadə etdiyiniz tonal vasitədən bir neçə ton daha tündü lazım olacaq. Korreksiya etmək istədiyiniz hissələrə onları kiçiltmək üçün bu tonal kremi çəkib tuşlayın. Çox uzun burunu qısaltmaq üçün ucuna bir qədər tünd ənlik və ya kirşan da çəkə bilərsiniz.
Gizlətmək istədiyiniz hissələrdə tünd, vurğulamaq istədiklərinizdə açıq rəng kosmetikadan istifadə edin. Bütün bunlar makiyajın əsas sirləridir, və bunların köməyi ilə siz hər gün füsünkar görünəcəksiniz!