Logo

Üz yoqası ilə gəncləşin


Yaşlanma qarşısı alınmaz bir gerçəkdir. Ancaq bəzi üsullar yaşlanmanı gecikdirə bilir.

İnce.Az Axşam.az-a istinadən xəbər verir ki, bu üsullardan biri də üz yoqasıdır. Həmin hərəkətləri sizə təqdim edirik.

Üz yoqasını güzgü qarşısında edin. Bu zaman əzələlərin hərəkətinə dəqiq nəzarət edə biləcəksiniz. İki əlinizin orta barmağı ilə alnınızın ortasından aşağıya doğru çox da basdırmadan masaj edin. Hərəkəti bir neçə dəfə təkrarlayın.

Sol əl ilə qaşlarınızı örtün və yuxarı çəkin. Daha sonra isə qaşlarınızı çataraq 2-3 dəqiqə dayanın.

Üz yoqası zamanı nəfəsə nəzarət də olduqca önəmlidir. Hər bir hərəkəti nəfəsinizlə paralel edin. Burnunuzdan dərin nəfəs alın, nəfəsi verərkən də hərəkəti tamamlayın.