Logo

Gözləri vizual olaraq necə böyüdə bilərik?


Statistikaya görə 10 kişidən 7-si ilk növbədə qadınların gözlərinə fikir verir (əks olaraq bu prinsip eyniylə işləyir). Ona görə də gözəl gözlər – sənin obrazının əsas hissəsidir. Biz sənə makiyajla gözləri vizual olaraq böyütməkdən danışacayıq.

ÜSUL 1: MAYE-GÖZ QƏLƏMİ

Gözün daxili və xarici içliyinə ağ və ya bej rəng maye-göz qələmi çək. Bu sənin gözlərini dərhal iri edəcək. Adətən makiyaj edərkən qələmin yalnız gözün aşağı daxilinə çəkməklə kifayətlənirlər. Lakin bu böyük səhvdir. Çünki, gözün hərəkəti zamanı qələm gözdən yuxarı hissəyə yayılaraq itir. Ona görə də hər iki tərəfə çəkilməsi mütləqdir. 

ÜSUL XAYLAYTER

Bir qədər parlaq xaylayter götürərək gözlərin daxili hissəsin çək. Burada məqsəq başqadır: tünd rənglər gözlərə mənalılıq verməyinə baxmayaraq onları kiçildir. Lakin açıq rənglər gözlərə həcm verəməklə yanaşı tünd rənglin gözü kiçiltməyinə imkan vermir.

ÜSUL DƏRİNLİK ƏLAVƏ ETMƏK

Vizual dərinlik gözlərin həcmini artırır. Bu Anjelina Joliyə çox tanışdır. Vanil göz kölgələrini qaşlara qədər bütün göz qapağına çək. Sonra daha tünd göz kölgəsini gözlərin qıraq bucaqlarına çəkərək iri göz fırçaları ilə gözün daxili bucağına tərəf yönəldərək yay. Maye-göz qələmi və ya yumuşaq qələmlə gözün daxili bucağından başlayaraq xaricinə qədər çək. Aşağı kirpikləri toxunulmaz saxla, əks halda sən həcimli göz effektinə malik ola bilməyəcəksən.

ÜSUL 4 DÜZGÜN BUR

İri və həcmli gözlərə nail olmaq üçün kirpikləri düzgün burmağı öyrən. Buna sənin təxmini 20 saniyən sərf olunacaq. Tuşu əvvəlcə gözün daxili buracığına, sonra orta, daha sonra kənarlara çəkmək lazımdır. Bu düzgün burulmuş kirpiklər üçün qüsursuz üsuldur. Daha yüksək nəticə əldə etmək üçün bunu bir də təkrarla. 

ÜSUL 5 TUŞ

Məhz sənin məqsədi üçün sənə uzadıcı deyil, həcmverici tuş lazımdır. Bu tuşun çəkilmə qaydası: tuşu əvvəlcə gözün daxili buracığına, sonra orta, daha sonra kənarlara çəkmək lazımdır. Sonuncu etapda tuşunu kirpiklərdə bir qədər darayaraq yanlara doğru hərəkət etdirmək lazımdır.