Logo

Saçlara necə qulluq etməli və saçları necə qorumalı?


Hələ qədim dövrlərdən qadınlar müxtəlif üsullarla saçların qeydinə qalmağa çalışıblar. Necə etməli ki, saçlar gözəlliyini, təravətini, yumuşaqlığını və rəngini qoruyub, saxlaya bilsin. Adətən, bunun iki üsulu olub: təbii və süni yollarla. Son dövrlərdə xanımlar əsasən bunlardan birinə, təbii  üsula üstünlük verirlər. 
Belə ki, əgər saçlarınızı qoruyub, təravətini saxlamaq istəyirsizsə, heç də müxtəlif tibbi preparatlara və bahalı kosmetik üsullara əl atmaq vacib deyil. Sadəcə xalq təbabətinə müraciət etmək kifayətdir. Tanınmış qərb təbabətçilərinin  qənaətincə, qırmızı bibərdən hazırlanmış müxtəlif  reseptlərə müraciət etməyiniz kifayətdir.  Qırmızı bibərdən hazırlanmış bu reseptlər saçları yumşaq, təravətli saxlayır və ən əsası isə onların  tez uzanmasına kömək edir. Müasir kosmetoloqlar keçmişə əsaslanıb, bu balzam və maskaların reseptlərini xanımlara yenidən təqdim edirlər:
1) 5-6 dilim qırmızı bibəri xırda-xırda doğrayıb, üstünə müəyyən miqdarda araq və ya spirt  tökün. Bu qatışığı bir həftə qoyun, qalsın. Sonra saçları bunula həftədə 1-2 dəfə yaxalayın.
2) 1 xörək qaşığı əzilmiş qırmızı bibərə, 20-30 ml konyak, 1 xörək qaşığı bitki yağı, 2-3 xörək qaşığı limon şirəsi, 2 xörək qaşığı bal və1 yumurta sarısını əlavə edərək, bunları  yaxşıca qarışdırın. Alınan məhlulu saçların dibinə sürtüb, üstünə polietilen paket çəkərək, dəsmalla  örtün. 30 dəqiqədən sonra , saçları şampunla yuyun.  Bunu ay ərzində həftədə iki dəfə təkrar edin.