Logo

Tort və pirojnalar üçün XAMALI KREM


Tərkib: 
- 400 qr yağlı xama (30% yağlılıq) 
- 150 qr şəkər tozu 
- vanilin 
Hazırlanması: 
Soyuq xamanı şəkər tozu ilə mikserlə çalın. Şəkər tozunu hissə-hissə əlavə edin. Uzun müddət ərzində və çox sürətlə çalmayın. 
Yalnız yağlı xamadan istifadə edin (30% və bundan çox). Əks halda krem alınmayacaq.  
Bu kremi istənilən tort, pirojnalar, şirin piroqlar üçün istifadə etmək olar. 
Nuş olsun!