Logo

Toyuqlu dürmək


Toyuq filesi

Pamidor – 1 əd

Xiyar – 1 əd

Xiyar (duzlu) -1əd

Kahı -1 əd

Ketçup

Mayonez

Xəmir üçün

Süd – 2,5 st

Un -1 st

Yumurta – 3 əd

Şəkər tozu -1/2 x.q 

Duru yağ – 1 x.q

Duz

Hazırlanması

Əvvəlcə yumurtanı çalırıq.Sonra növbə ilə südü,şəkər tozunu ,duzu,   bitki yağını töküb yaxşıca qarışdırdıqdan sonra unu əlavə edib bir daha çalırıq. Tavanı qızdırıb pambığı yağa batırıb tavaya çəkib, balaca çömçə vastəsilə xəmiri tavaya töküb tavanı fırladırıq ki, xəmir hər tərəfə bərabər yayılsın. Fətirin hər iki üzü qızarmalıdır.  Bu fətir böyük olmalıdı. Hazırladığımız fətirə mayonez və ketçup çəkib üzərinə doğranmış kahı qoyuruq. Tərəvəzləri samanvari doğrayıb kahının üzərinə qoyuruq. Qızartdığımız toyuq filesini də əlavə edib üzərinə mayonez ,ketçup ,duz ,istiot vurub büküb tavada azacıq qızardıb götürürük. Hazır olan toyuqlu dürməyi isti- isti süftəyə veririk 
 
Nuş olsun