Logo

Balqabaq tumunun zərəri ortaya çıxdı - SONSUZLUĞA SƏBƏB OLUR...


Balqabaq tumunu az qala hər kəs sevə-sevə yeyir. Lakin son araşdımadan sonra onun bir çox zərərləri məlum olub. Milli.Az medicina.az-a istinadən sözügedən çərəzin bilinməyən ziyanları haqqında yazını təqdim edir.

ALLERGİK XÜSUSİYYƏTİ VAR

Balqabaq tumunun tərkibində olan maddələr  fərdin orqanizminə görə müxtəlif təsirlərə yol açır. Bunların içində ən təhlükəlisi isə məhz allergiyadır. Qarpız və xiyara qarşı allergiyası olan insanlar balqabaq tumundan uzaq durmalıdır.
 
DUZ SƏVİYYƏSİ YÜKSƏKDİR

Tərkibində duzun səviyyəsi olduqca yüksəkdir. Eyni zamanda natrium da yüksəkdir. Sağlamlıq balansını qorumaq üçün duz səviyyəsinə diqqət etmək lazımdır. Bunun üçün də balqabaq tumu çox istifadə etmək olmaz.

DƏRMANLARLA BİRGƏ İSTİFADƏ ETMƏYİN

Balqabaq çəyirdəklərinin dərman istifadə edilən zaman qəbulu barədə dəqiq elmi məlumat olmasa da, tövsiyə edilmir. Hər hansı əks təsiri ola biləcəyi üçün dərmanlarla eyni ərəfədə istifadə etmək məsləhət deyil.

SONSUZLUĞA SƏBƏB OLA BİLİR

Balqabaq tumunun ən böyük zərərlərindən biri də çox yeyildiyi halda sonsuzluğa yol açmasıdır. Zamanla qısırlıq və bu kimi sonsuzluğa yol açan xəstəliklərə tutulmaq istəmirsinizsə, ifrat dərəcədə balqabaq tumu yenməyin.
 
İSHALA YOL AÇIR

Kalori baxımından olduqca yüksəkdir. Ona görə də ishala səbəb ola bilir. Həzm sistemində narahatlıq yaşamaq istəmirsinizsə həddindən çox qabaq tumu yeməkdən qaçın.

SIZANAQ YARANMASINA SƏBƏB OLA BİLİR

Həddindən çox balqabaq tumu o qədər də duz deməkdir. Bun görə də cildinizdə sızanaq  və bu tip iltihablı yaraların çıxamsına şərait yaradır.