Logo

10 dəqiqəyə hazır olan kəsmikli omlet


Ərzaqlar:

Kəsmik – 180 qr.

Yumurta – 3 ədədDuz – istiot

Göyərti – cəfəri, yaşıl soğan, ispanaq və s. (zövqdən asılı olaraq)

Hazırlanması:

Bir qabda yumurtalar çırpılır, kəsmik əlavə edilir, ədviyyatlar vurulur və qarışdırılır. Xırdalanmış göyərtilər də tökülür, qarışdırılır. Kütləni isidilmiş yağ olan tavaya əlavə edirik, yayırıq və orta odda qapağı bağlı halda 5-7 dəqiqə bişiririk, sonra çevirib o biri üzünü də qızardırıq.

Nuş olsun!