Logo

Gül Kələmindən Kotlet


Gül kələmi orqanizm tərəfindən daha asan həzm olunur, köp və digər pozulmalara səbəb olmur.

Gül kələmi tərkibində çoxlu miqdarda C vitamini var. Araşdırmalarına görə, C vitaminin miqdarı gül kələmində limonla müqayisədə daha çoxdur. Bu səbəbdən gül kələmi insanın immun sisteminə çox müsbət təsir edir, orqanizmin müxtəlif infeksiyalara davamlılığını artırır, orqanizmdə gedən qocalma prosesləri ləngidir.
Gül kələmindən yüngül, sağlıqlı və ləzzətli kotlet reseptini sizə təqdim edirəm.

Lazım olan ərzaqlar:

  • istiot
  • 1 fal çörək
  • 3 dolu xörək qaşığı un
  • 1 baş gül kələmi (500 qr)
  • 2 yumurta
  • yarım stəkan süd
  • duz
  • qızartmaq üçün bitki yağı

Gül kələmini kiçik hissələrə ayırıb duzlu suda bir az yumşalana qədər qaynadın. Sonra püre əzən alət ilə əzin.

Üzərinə süddə isladılmış çörəyi, yumurtaları, un, duz və istiot əlavə edib yaxşıca qarışdırın.

Tavada bitki yağını qızdırın. Hazırladığınız qarışımdan kotletler hazırlayıb orta odda hər iki üzünü qızardın.