Logo

Yumşaq əllər üçün təbii üsullar


Çatlayıb quruyan,sərtləşib qızaran əllərinizi anındaca rahatlaşdıracaq çox asan bir baxım təklifimiz var.

Əllərinizi evə gəldiyinizdə dərhal rahatlaşdırmaq istəyirsinizsə bir kasaya bir az zeytunyağı qoyun və mikrodalğa sobanızda 20 saniyə kimi çox qısa bir müddətdə, və ya ocağınızda yağı yüngül isidin. Zeytun yağının ilıq olması dərinizə daha yaxşı və asan nüfuz etməsini təmin edir. Dərinizə massaj edərək zeytunyağını sürtün, dırnaq aralarınıza və dırnaq kənarlarınıza da sürtərək gözləyin.
 
Daha yaxşı canına çəkməsi üçün əllərinizə şəffaf əlcəklər keçirib bir rezinlə möhkəmcə bağlayın. Daha sonra beş dəqiqə isti suyun içində əllərinizi gözlədin. Vacib olan nöqtəmiz isə, bu baxımdan sonra əllərinizi durulamamanızdır, əgər əllərinizin çox yağlı qaldığını hiss edirsinizsə bir kağız dəsmalla qurulayın. Ayrıca əlləriniz üçün saf qliserini bir neçə damcı istifadə ediyiniz losyonun içinə damlada bilərsiniz. Qliserini əczaxanalardan asanca tapa bilərsiniz.

Əllərimizi ən çox qurudan şeylərdən biri də soyuq sular və sabunlardır. Əllərinizi bir gündə çox tez yuduğunuz aşkardır. Yaxşı, sabununuz əlləriniz üçün nəmləndirici xüsusiyyəti olan bir sabundurmu? Təbii zeytunyağlı sabunlar və PH dəyərinə baxaraq alacağınız sabunlardan istifadə edin.

 Ayrıca, əlləriniz üçün asanca hazırlaya biləcəyiniz daha bir maska resepti  var... 

Yenə zeytun yağının içinə bir qaşıq bal qoyaraq, hazırladığınız qarışığı əllərinizi ilıq suda on beş dəqiqə gözlətdikdən sonra tətbiq edin. Beş dəqiqə bu şəkildə gözlətdikdən sonra dairəvi hərəkətlər edərək əllərinizi yuyun. Əllərinizdə olan pulların bir çoxunun balın peeling təsiri ilə itdiyini görəcəksiniz.

AzadQadın.az