Logo

Azərbaycanlı aktrisa Türkiyə serialında baş rola çəkildi - Öz dilimizdə danışır


Azərbaycanlı aktrisa Yağmur Şahbazova Türkiyənin məşhur serialında baş rolda çəkilib.

İnce.Az-ın Oxu.Az-a istinadən məlumatına görə, aktrisa "Yemin" serialında baş rollardan birini canlandırır.

Y.Şahbazova serialda azərbaycanlı qadın rolunu ifa edir. Bu səbəbdən o, serialda Azərbaycan dilində danışacaq. 

Gündəlik serial olan "Yemin" sentyabrdan "Kanal D"də yayımlanacaq.   

Qeyd edək ki, Yağmur Şahbazova sonuncu dəfə "Vicdan Haqqı" serialında "Nərmin" rolunda oynayıb.