Logo

Əldəki qırışlardan belə qurtulun - Resept


Əksər xanımlar əllərinə qulluq etmirlər. Ancaq məlum olduğu kimi əllər isti-soyuq su ilə təmasda olduğu üçün dərisi tez qocalır. Ona görə, üzə qulluq edildiyi kimi əllərə də qulluq etmək lazımdır. Sizə əlləri qırışlardan, ləkələrdən, çatlardan qorumaq üçün çox effektli məlhəm təqdim edirik. Əvvəlcə 1 litr suya 2x.q qaşığı duz qataraq əlləri 10 dəqiqə suda saxlayın. Sonra əlləri yumadan hazırladığınız məlhəm (1 yumurta sarısını + 1 x.q bal + 1x.q birki yağı) əllərə çəkilir 20 dəqiqə sonra yuyulur. Bu maska əllərinizi yumşaq, elastik edəcək və çatları da 3-4 günə aparacaq.