Logo

Sobada tavakotleti


İnce.Az Feat.Az-a istinadən sobada tavakotletinin hazırlanma qaydasını təqdim edir

Tərkibi (6 pay): 

900 q quzu əti 
1 dəstə cəfəri 
2 soğan 
duz
qara istiot
3 kartof
3 pomidor 
zeytun yağı

Sous: 
3 soğan 
1 qırmızı bolqar bibəri 
1 st. tomat suyu
1 x.q. narşərab
1 x.q. zeytun yağı
0,5 st. su
duz
istiot

Qiymə, duz, istiot, xırdalanmış soğan və cəfərini qarışdırıb yoğurun. 2 saat soyuducuda saxlayın. 
Sous: Qırmızı bibəri təmizləyib xırda doğrayın. Soğanları da xırda doğrayın. Zeytun yağında bibərlə soğanı qovurun. Tomat suyu, narşərab, su və qara istiot əlavə edib bir qədər qatılaşanadək bişirin. 
Kartofları təmizləyib 5 mm qalınlıqda fal-fal doğrayın. Pomidorları da eyni qaydada doğrayın. Kartofu zeytun yağında qızardın. 
Qiymədən 12 ədəd kotlet tutun. Yağlanmış siniyə düzün. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin. Sinini çıxarın, kotletlərin üzərinə kartof və pomidor dilimlərini düzün. Sousu sininin içinə tökün. Sinini təkrar sobaya qaytarıb xörəyi daha 15-20 dəqiqə bişirin. 
Süfrəyə isti-isti verin. 

Nuş olsun!