Logo

Üzdəki sızanaq izlərini yox edən maskalar


BAL MASKASI

Bir miqdar balı sızanaq izlərinizin olduğu bölgəyə sürün. 10 dəqiqə boyunca masaj edin. 1 saat sonra ilıq su ilə təmizlənə bilər.

HİNDQOZU YAĞI

1 yemək qaşığı qədər Hindistan qozu yağını və 2 damcı lavanda yağını buxarda qızdırın. Qarışıq ilıq hala gələndə sızanaqların üzərinə sürün. 20 dəqiqə sonra ilıq su ilə yuyun.

GÜL SUYU MASKASI

MATERİALLAR:

100 ml. gül suyu
2 yemək qaşığı bal
2 xörək qaşığı şəkər
2 yemək qaşığı E vitamini

Hazırlanması:

Bütün materialları bir qabda qarışdırın.
3-4 dəqiqə ərzində pambıq köməyi ilə cildinizdə sızanaq izi olan bölgələrə tətbiq edin. Son olaraq ilıq su ilə yuyun.

LİMON MASKASI

MATERİALLAR:

1 xörək qaşığı limon suyu
2 xörək qaşığı bal

Bütün materialları qarışdırdıqdan sonra ocağa alın.
3 dəqiqə qaynadıqdan sonra üzünüzə sürülə bilən istiliyə gələnə qədər gözləyin.
15 dəqiqə cildinizdə saxlanıb, dərinizi təmizləyin.

BAL VƏ ALMA MASKASI

MATERİALLAR:

1 ədəd alma
3 və ya 4 xörək qaşığı bal

Almanı rəndədən keçirib üzərinə balı əlavə edin.
Dərinizə sürtüb 15 dəqiqə gözlədin.
Daha sonra ilıq su ilə yuyun.