Logo

Acqarına qəhvə içdikdə nə baş verir? – ZƏRƏRLƏRİ


Müəyyən miqdarda kofenin xeyirli olduğunu bilirik. Lakin səhərlər, acqarına qəbul edilən qəhvə sağlamlığmıza mənfi təsir edir.
 
İnce.Az medicina.az-a istinadən bildirir ki, dünyada milyonlarla insan günə kofe içməklə başlayır. Yediklərinizi həzm etmək üçün mədədə turşu var. Kofe isə bu maddənin çoxalmasına şərait yaradır. Mədə boş olduqda isə mədədə turşuluq səviyyəsi artır. Nəticə etibari ilə həzm prosesi ləngiyir.  Ağızda pis qoxu gəlir və qaz yaranır. Bağırsaqları təhlükə altında qoyur. Yaponiyada aparılan araşdırmaya görə, ac qarına kofe içildikdə baığrsaqlardan qidaların tez xaric olması baş verir. Bu zaman mineral və vitaminlər orqanizmə düzgün sovrulmur.
 
Mədədə ifraz olunan turşular yediyiniz yeməklərin parçalanmasına və həzm edilməsinə kömək edir. Əgər səhər yeməyi yeməmisinizsə, mədədə qarnınızın ifraz etdiyi turşuların parçalayacağı qida da yoxdur. Bu səbəbdən acqarına qəhvə içdikdə bağırsaqların balansı dəyişir. Bu zaman qarın boşluğunda ağrı və yanmalar hiss edilə bilər.
 
Xərçəng hüceyrələri turşulu mühitdə daha tez inkişaf etdiyindən, qəhvə dolu bir mədə xərçəngin inkişafı üçün münbit şərait hesab edilir. Mədəyə daxil olan az miqdarda kofein insanı enerjili və gümrah edir. Lakin acqarına içilən qəhvə və yüksək dozalarda kofein narahatlıq və yorğunluğa səbəb olur.
Aparılan tədqiqatlar qəhvənin iştahsızlığa səbəb olduğunu da üzə çıxardı. Pəhriz həvəskarları üçün bu şad xəbər sayılsa da, yenə də acqarına qəhvə içməyin.
 
 Unutmayın, orqanizminizin qəhvənin verdiyi enerjiyə yox, səhər yeməyindən əldə edilən enerjiyə ehtiyacı var. Bu səbəbdən heç vaxt acqarına qəhvə içməyin. Yüngülvari qəlyənaltı etdikdən sonra  bir fincan qəhvə sizə yaxşı təsir edə bilər.