Logo

Tanınmış türk aktyorun ölüm xəbəri yayıldı - FOTO


Hamının sevə-sevə izlədiyi "Çocuklar Duymasın" serialındakı çayçı Hüseyin rolunun ifaçısı Alpalsan Özmolun ölüm xəbəri yayılıb.

İnce.Az ölkə.az-a istinadən bildirir ki, tanımış aktyorun ölüm xəbəri yayılsa da, sonradan bu xəbərin yalan olduğu bəlli olub.

Özmol  bunları deyib:  "Ankara sahillərində qütb ayısının hücumuna məruz qalmadım, gözəl diyarım Çorumda  reallaşan sunamidə metrələrlə sürünərək  can vermədim. Odur ki, rahat olun. Əgər ölsəm, özüm sizə xəbər verəcəm. Digər xəbərlərə inanmayın".