Logo

Rəqqasə Fatimədən qızına 100 MİNLİK "HƏDİYYƏ" - MƏƏTTƏL QALDILAR - FOTO


"Nə hədiyyə verdin qızına? Nə qədər cehiz verdin?"

İnce.Az xəbər verir ki, bu sualla Zaur Kamal verilişində avqustun 17-də qızı Aydanı gəlin köçürən rəqqasə Fatiməyə müraciət edib.

Rəqqasənin etirafı başda aparıcı olmaqla hər kəsi məəttəl qoyub:

"Qızıma çoxlu hədiyyələr vermişəm. Özü də hər şeyi bəyənmir. "Roberto Cavalli" filan, belə şeylər...(gülür). Kreditlər dolub. Mən ümumiyyətlə nə qədər xərclədiyimi heç vaxt hesablamıram. Bir 100 min olar cehizin dəyəri, hələ də cehiz verirəm. Biz kim üçün yaşayırıq?! Mən neçə illərdir işləmişəm, zəhmətlə övlad böyütmüşəm, elə övladlarımız üçün edirik də".

Rəqəmləri eşidən Zaur və digər qonaqlar təəccüblərini gizlədə bilməyiblər.