Logo

Saçlar üçün təbii kondisionerlər


Saç kondisionerləri saçları daha hamar, baxımlı və gözəl edir, həcmini artırır, saçlar daha asan daranır və yığılır.

Bəzi təbii vasitələr dükanlarda satılan kondesionerlərdən də yaxşı effekt verir və həmçinin saçlara heç bir ziyan vurmur.

Sizə təbii saç kondisionerləri təqdim edirik:

- Alma sirkəsi

Saçları ipək kimi yunçaq və parlaq edir. Həmçinin alma sirkəsi kəpəyin qarşısını alır, saçları möhkəmləndirir.

1 l suya yarım stəkan alma sirkəsi və bir neçə damçı istənilən aromatik yağ əlavə edin və saçınızı yuduqdan sonra yaxalayın.

- Çobanyastığı dəmləməsi

Çobanyastığı saçlar üçün ən faydalı otlardan biridir. Saçları yumşaq və parlaq edir

3 x.q. çobanyastığı 1 l qaynar suda 30 dəqiqə ərzində dəmləyin, yaxşı süzün, saçınızı yuyandan sonra yaxalayın.