Logo

Acı şokolad yeməyin böyük faydası


Aparılan araşdırmalara görə acı şokolad yemək, depressiya və həyacan riskinin azaldılmasında təsirli olur. Araşdırma, nəşr olunduğu andan etibarən medianın maraq dairəsinə düşdü.

Şokolad yeməyin xoşbəxtliklə bir əlaqəsi olduğunu tez-tez eşidirdik. Bu mövzuda həm müxtəlif araşdırmalar edilmişdi, həm də müşahidələr aparılıb. Elm insanları mövzunu araşdırdı və şokolad yeməyin, xüsusilə də acı şokolad yeməyin əhəmiyyətli bir faydasını kəşf etdi.

Milli.Az deyerler.org-a istinadən bildirir ki,  aparılan araşdırmalara görə acı şokolad yemək, depressiya və həyacan problemin həllində son dərəcə faydalı olur. Çox təəssüf ki, bu vəziyyət, ciddi mənada peşəkar kömək tələb edən depressiya və həyacan üçün möcüzəvi bir dərmanımız olduğu mənasını vermir. Bunun da səbəbləri var.

Bu araşdırma daha çox qidalanma forması ilə depressiya arasındakı əlaqəyə yönəlib. Yəni bir səbəb nəticə əlaqəsi göstərməyi məqsəd qoymur. Araşdırmanın nəticəsi, acı şokolad yeyərsinizsə, depressiyaya düşməyəcəksiniz demək deyil, acı şokolad yeyənlərdə depressiya daha az olur deyə təyin oluna bilər.

Bu demək deyil ki, 8 paket şokolad yemək lazımdır. Hər şeyin çoxu zərər olduğu kimi, şokoladın da çox yeyilməsi zərərli olur.