Logo

Bürclərə inanmaq doğrudurmu?


Ulduzların müəyyən qruplar halında fiqur şəklində birləşdirilərək, bürc adı ilə adlandırılması astronomik bir məsələdir.

İnce.Az islam.az-a istinadən bildirir ki, goy cisimləri, o cümlədən, Yer və Ay növbə ilə bu bürclərə daxil olur və il ərzində bir bürcdən o biri bürcə keçirlər. Lakin bürclərin insan həyatına təsiri, Yer üzərindəki prosesləri idarə etməsi İslamda öz təsdiqini tapmamışdır. Bəzi rəvayətlərdə buna işarələr varsa da (məsələn, Ay Əqrəb bürcündə olarkən uğursuz vaxt sayılması), əvvəla, bu rəvayətlər mütləq məna daşımır və dinin zəruri hökmlərindən sayılmır. İkincisi, bu cür rəvayətləri əksər İslam alimləri həqiqətə uyğun hesab etmirlər. İslamda bürclər qaranlıq gecələrdə insanlara yol göstərməyin bir vasitəsi olaraq qəbul edilir və sırf astronomik məna daşıyır.