Logo

Uşağın harası ağrıyır? - Necə bilməli


Məktəbli yaş dövründə olmayan  balacaların özlərini ifadə etməsi bir az çətindir. 6 yaşdan aşağı uşaqların baş və ya digər ağrıdan əziyyət çəkdiyi barədə diaqnoz qoymaq asan deyil.

Bəs azyaşlıların başı ağrıdığını necə bilək?

İnce.Az medicina.az-a istinadən mözvu ilə əlaqədar məlumatları təqdim edir.

Mütəxəssislər bildirir ki, uşaqların ağrılarının mənbəyini  öyrənmək üçün ən yaxşı üsul, onlara rəsm çəkdirməkdir. 7-8 yaşına kimi uşaqlar harası ağrıdığını izah etməkdə çətinlik çəkirlər. Balacalara "ağrın olanda necə olursan" onun rəsmini çək deyə bilərsiniz. Ağrının harda olduğunu, çiddətini o rəsmlərdən aydın şəkildə görə bilərsiniz.
 
Miqreni olan azyaşlı fərqli rəsmlər çəkir. Gərginlik tipli baş ağrısı olan uşaq isə tam başqa cür. Bu tip baş ağrısı olan balacalarda duyğular ön plana çıxır. Miqreni olan isə başına çəkiclə vuran tipli rəsmlərlə ağrısını ifadə edir.
 
Xüsusi ilə miqrenin ailədə kimdəsə olması uşaqlar üçün risk faktorudur. Əgər anada varsa 70 faiz genetik kodlarla uşağa ötürülür. Gözləri qıymaq, dişləri bir-birinə sıxmaq, sinusit, qan azlığı, miqren xəstəliyinə bənzər əlamətlər verir. Ona görə də ehtiyatlı olmaq lazımdır.