Logo

Havalar soyuyan kimi boğazı gələnlərə 3 MƏSLƏHƏT


Havaların soyuması ilə birlikdə xəstəliklər də artıb. İsti havadan sərt soyuğa keçid insanlarda boğaz ağrısının yaranmasına yol açıb. 

İnce.Az medicina.az-a istinadən boğaz ağrısına faydalı təsir edəcək asan reseptləri təqdim edir:

Duzlu su ilə qarqara - duz boğazı qıcıqlandıran mikrobları məhv edərək təmizlənməsinə kömək edir. Bunun üçün yarım çay qaşığı duzu, bir stəkan suda əridin. Bu qarışımla gündə 3-4 dəfə qarqara edin vu suyu boşaldın.

Darçın çayı - yaxşı antioksidandır. Boğazınızda sünusləri açmağa yardım edir və rahat nəfəs almağınızı təmin edir. Bunun üçün 1 stəkan suyu qaynadın və 2 çubuq darçın atın. 3 dəqiqə dəmləyin. Daha sonra isə çubuqları çıxararaq çayı içə bilərsiniz.

Zəncəfil suyu - bəlğəmgətirici bir bitkidir. Bakteriyaları məhv edir. Boğaz ağrının sağalmasına kömək edir. Zəncəfil çayını hazırlamaq üçün suyu qaynadın, zəncəfili isə xırda-xırda doğrayın. 5 dəqiqə ərzində dəmləyin. Hazır olan çayın içərisinə bal da qata bilərsiniz.