Logo

Qeyri-adi kremlə dadlı tort


Məhsullar:

Xəmir:

- 200 qr kərə yağı

- 200 qr şəkər tozu

- 7 yumurta

- 10 qr qabartma tozu

- 400-450 qr un

- 100 qr tünd şokolad

Krem:

- 700 qr süd

- 70 qr manna yarması ("manka")

- 120 qr kərə yağı

- 150 qr şəkər tozu

- 1 limon

Üzərinə tökmək üçün: 1 plitka südlü şokolad

Hazırlanması:

  1. Krem hazırlayırıq: Limonun qabığını sürtgəcdən keçirin, şirəsini sıxın. Süd qaynamağa başlayanda manna əlavə edin, qarışdıra-qarışdıra 10-15 dəqiqə bişirin, soyudun, limon şirəsini və limon sedrasını (qabıq) əlavə edin, qarışdırın. Yağı şəkər tozu ilə qarışdırın, mannalı kütləyə əlavə edin, mikserlə yaxşı çalın. Hazır kremi soyuducuda 1 saat saxlayın.
  2. Xəmir hazırlayırıq: Yağı şəkər tozu ilə qarışdırın, yumurtanı çalın. Yumurta ilə yağlı kütləni qarışdırın, un və qabartma tozunu əlavə edin, yenə ehtiyatla qarışdırın. Xəmiri 2 hissəyə bölün, bir hissəyə əridilmiş şokolad əlavə edin, qarışdırın. 2 cür xəmir alınmalıdır: biri ağ, biri şokoladlı.
  3. Sobanı qabaqcadan 180 C qədər qızdırın, formaya yağ çəkin, xəmirləri ayrı-ayrı 25-30 dəqiqə ərzində bişirin, soyudun.
  4. Hazır korjları 2 hissəyə bölün (4 korj alınacaq - 2 ağ, 2 qara), tortu yığın: şokoladlı korjun üzərinə krem çəkin, ağ korju qoyun, yenə krem çəkin, qara korju qoyun, krem çəkin, üzərinə ağ korju qoyun.
  5. Tortu 8-10 saat saxlayın, üzərinə və böyürlərinə ərdilmiş şokolad şəkin, üzərini zövqünüzə görə bəzəyin.

Nuş olsun!