Logo

Uşaqlarda görməni itiləşdirən salat - RESEPT


Bu salat uşaqlarda, gənclərdə gözləri itiləşdirəcək, qoruyacaq, gözləri lazımi vitaminlərlə təmin edib, yorğunluğun qarşısını alacaq.

Tez-tez hazırlayıb yeyə bilərsiz.

İnce.Az medicina.az-a istinadən asan salatın reseptini təqdim edir:

1 ədəd kök
20 qr qaysı qurusu
20 qr portağal doğranmış
2 çay qaşığı bal

Kök sürtgəcdən keçirilir, qaysı qurusu, portağal içi xırda kub doğranılır, qarışdırılır, bal gəzdirilir.

10 dəqiqə özünü tutması üçün gözləyib, yeyirsiz.