Logo

Ayselin rusiyalı müğənni ilə sevgili olduğu iddia edilir - Fotolar


Soçidə keçirilən “Yeni Dalğa” festivalında Azərbaycanı təmsil edən Aysel Məmmədovanın rusiyalı müğənni Danil Buranovla eşq yaşadığı iddia edilib.

Axşam.az xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” məlumat yayıb.

Sayt “Yeni Dalğa”nın eşq dalğası: azərbaycanlı gözəl rusiyalı Buranovu ovsunladı” adlı yazı dərc edib.

Yazıda bildirilir ki, Danil Buranov festivala sevgilisi İrina ilə qatılıb. Lakin onun festival zamanı Aysellə sıx görüşməsi İrinanın qısqanclıq etməsinə zəmin yaradıb.

Müğənni yayılan şayiələr barədə açıqlama vermək məcburiyyətində qalıb:

“Əslində, tez-tez birlikdə görünürük, əlaqə saxlayırıq, ortaq görüşlərimiz olur. Hətta qırmızı xalıya da çox vaxt birlikdə çıxırıq. Ancaq məsələ budur ki, Aysel musiqi yazır, mən isə sözlər. Birlikdə məhsul ərsəyə gətirməkdən danışırıq. Aysel dinləyicimi hiss edərək, mahnı sözləri yazmağa inandıran insandır. Yalnız bu vaxt istədiyimi ala biləcəyimi söyləyir. Biz sadəcə musiqidən bəhs edirik. Ancaq bu, kənardan fərqli görünür”.

Qeyd edək ki, Aysel performansı ilə “Yeni dalğa” müsabiqəsində diqqət çəkib. O, festivalda üç mahnı ifa edib.