Logo

Artıq çəkidən xilas edən çay - Resept


Pəhriz zamanı köməkçi vasitələrdən istifadə etmək sizi istədiyiniz çəkiyə daha tez çatmağınıza yardımçı olacaq.

İnce.Az medicina.az-a istinadən bildirir ki, bu müddətdə sizi həm tox saxlayacaq, həm də maddələr mübadilənizi sürətləndirəcək çay reseptini təqdim edir. Onu da bildirək ki, bir çox məşhur dietoloqun tövsiyyəsi olan bu içkidən həm artıq çəki problemi olanlar, həm də mövcud çəkisini qorumaq istəyənlər faydalana bilər.

Lazım olanlar:

1 ədəd alma
1 ədəd limon
1 ədəd darçın çubuğu
1 ç.q mixək
1 ç.q dənəvər istiot
1 ç.q toz zəncəfil
1 x.q quru nanə
1 litr qaynar su

Hazırlanması:

Alma və limonu yuyub qabıqları ilə birlikdə dilimləyin. Qalan bütün ərzaqları qarışdırıb, üzərinə qaynar su əlavə edin. Ən az 4 saat dəmləndikdən sonra gün ərzində için. Nuş olsun!